İranın köçəri tayfaları ABŞ-ın iki helikopterini vurub

22:51 04.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin iki "Black Hawk" helikopteri İranın dağlıq ərazisində yaşayan tayfalar tərəfindən vurulub.

Hafta.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Gerçək vəd – 4" əməliyyatı ilə bağlı 55 nömrəli bəyanatında qeyd edilib.

Bəyanatda SEPAH İranın cəsur tayfalarına təşəkkür edib: ""Black Hawk" helikopterləri çətin keçilən dağlıq ərazilərdə zərərsizləşdirilib. İranın tayfaları müharibənin 35-ci günündə ölkənin gücünü nümayiş etdirib. Kohgiluyə, Boyer-Əhməd və Bəxtiyari tayfalarının hər biri müstəqil şəkildə, İran silahlı qüvvələrinin iştirakından uzaq çətin keçilən dağlıq ərazilərdə vurulmuş F-35 təyyarəsinin pilotlarını xilas etmək üçün ölkəmizin hava məkanına daxil olmuş iki "Black Hawk" helikopterini məhv ediblər".